Modern.az

Lavrov Qarabağ danışıqları üçün Yerevana gedir

Lavrov Qarabağ danışıqları üçün Yerevana gedir

8 Noyabr 2019, 16:27

Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 10-11-i tarixlərində Ermənistana rəsmi səfər edəcək.

 

 Modern.az xəbər verir ki, bu barədə Mariya Zaxarova XİN-nin ənənəvi brifinqində açıqlama verib.

O, görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinin müzakirə olunacağını əlavə edib.

 

“Nazirin Ermənistan səfəri baş nazir, prezident və XİN rəhbəri ilə görüşü və “erməni soyqırım” abidəasinə çələng qoyulmasını nəzərdə tutur. Danışıqlar çərçivəsində regional təhlükəsizlik problematikası, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri diqqətə alınacaq”- deyə Zaxarova söyləyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi