Modern.az

Astarada qanunsuz ov edən 3 şəxs saxlanıldı

Astarada qanunsuz ov edən 3 şəxs saxlanıldı

Aktual

16 Noyabr 2019, 10:10

Astarada qanunsuz ov edənlər saxlanılıb.

 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Pensər və Bala Şahağac kəndləri ərazisində qanunsuz ov edən rayon sakinləri İ.Rufullayev və S.Rüstəmov, bir nəfər isə Lənkəran sakini S.İsmayılov saxlanılıb. Onlardan müvafiq sənədləri olmayan İj-58 markalı 2 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.  

 

Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok