Modern.az

Sürücülərin nəzərinə: jalüz və plyonkaya görə cərimələnməyəcəksiz

Sürücülərin nəzərinə: jalüz və plyonkaya görə cərimələnməyəcəksiz

16 Noyabr 2019, 12:20

Avtomobillərin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə sürücülər cərimələnməyəcək.

 

Bu sözləri Modern.az-a Baş Dövlət Yol Polisi (BDYP) İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev söyləyib.

 

O, qeyd edib ki, hazırda həmin standartlarla bağlı qanunvericiliyə əlavə və müəyyən dəyişikliklərin edilməsi məsələsi aidiyyəti qurumlarda baxılma ərəfəsindədir:

 

"Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin tələbi ilə nəqliyyat vasitələrinin, avtomobillərin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə nəqliyyat vasitələrinin sürücüləri barəsində hazırda inzibati tənbeh görülmür".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok