Modern.az

Hindistan səfiri Aslan Aslanovla görüşüb

Hindistan səfiri Aslan Aslanovla görüşüb

Aktual

20 Noyabr 2019, 19:30

AZƏRTAC və Hindistanın informasiya agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Modern.az xəbər verir ki, iki ölkənin aparıcı xəbər agentliklərinin əlaqələrinin genişləndirilməsi AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanalvavan ilə görüşündə nəzərdən keçirilib.

 

Görüşdə AZƏRTAC ilə Hindistan səfirliyinin işgüzar münasibətlərindən məmnunluq ifadə edilib. Qeyd olunub ki, iki ölkənin müxtəlif sahələrdə sıx əlaqələri fonunda onların əsas informasiya təchizatçılarının da əməkdaşlığı önəmlidir. Həm AZƏRTAC, həm də Hindistanın iki xəbər agentliyi - PTİ və ANİ Asiya və Sakit Okean İnformasiya Agentlikləri Təşkilatının (OANA) üzvüdür. Agentliklərin OANA çərçivəsində müəyyən əlaqələri olsa da, bunun rəsmi tərəfdaşlıq səviyyəsinə qaldırılmasına ehtiyac duyulur. Hindistan səfiri bu istiqamətdə lazımi dəstək göstərməyə hazır olduqlarını bildirib.

 

Görüşdə AZƏRTAC ilə səfirliyin birgə layihələr həyata keçirməsi, agentliyin jurnalistlərinin Hindistanda təlimlərdə iştirakı, həmçinin müasir medianın inkişafı meyilləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!