Modern.az

Sürüşmə Bibiheybət məscidinə təhlükə yaradıb? - QMİ: “Bu məsələ bizi də narahat edirdi”

Sürüşmə Bibiheybət məscidinə təhlükə yaradıb? - QMİ: “Bu məsələ bizi də narahat edirdi”

Aktual

28 Noyabr 2019, 14:16

Noyabrın 25-də Bakı-Ələt-Astara avtomobil yolunun Bibiheybət məscidi yaxınlığından keçən hissəsində torpaq sürüşməsi baş verib. Nəticədə Bibiheybət məscidinin yanından keçən yol dağılıb, avtomobillərin hərəkəti dayanılb.
Sürüşmə ilə əlaqədar Bibiheybət məscidinə də hər hansı təhlükə yaranıbmı?

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova saytımıza hər hansı bir təhlükənin olmadığını söyləyib.

“Əslində bu məsələ bizi də narahat edirdi. Bununla bağlı bir neçə adiyyəti qurumlarla əlaqə saxlayıb məsələni tam dəqiqləşdirmək istədik. Əminliklə deyə bilərik ki, Bibiheybət məscidi ilə bağlı heç bir təhlükə gözlənilmir”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok