Modern.az

Fransada genişmiqyaslı tətil keçirilir

Fransada genişmiqyaslı tətil keçirilir

Aktual

5 Dekabr 2019, 18:54

Fransada həmkarlar təşkilatları ölkə ərazisində genişmiqyaslı tətil keçirir.

 

Modern.az-ın məlumatına görə, tətil ölkə prezidenti Emmanuel Makronun təklif etdiyi pensiya islahatları ilə əlaqədardır.

Yeni qaydalara əsasən, pensiya yaşının artırılması, daha tez pensiyaya çıxanların az pensiya alması təklif olunur.

Ümumölkə tətili nəticəsində nəqliyyat sisteminin işində ləngimələr yaranıb. Sürət qatarları və şəhərlərarası qatar reyslərinin 90 faizi təxirə salınıb.

 

Paytaxt Parisdə şəhər metrosunun 16 xəttindən yalnız 5-i işləyir.

“Air France” aviaşirkəti daxili uçuşların 30 faizini, eləcə də qısaməsafəli xarici uçuşların 30 faizini ləğv edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir