Modern.az

Azərbaycan millisinin baş məşqçisi istefaya GÖNDƏRİLDİ

Azərbaycan millisinin baş məşqçisi istefaya GÖNDƏRİLDİ

13 Dekabr 2019, 12:19

Azərbaycanın əsas milli futbol komandasının xorvatiyalı baş məşqçisi Nikola Yurçeviç istefaya göndərilib.

Modern.az saytı xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

Xatırladaq ki, N.Yurçeviç ötən ilin fevralında millimizə baş məşqçi təyin olunmuşdu. Yığmamız onun rəhbərliyi altında AÇ-2020-nin seçmə mərhələsini cəmi 1 xalla başa vurub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok