Modern.az

Universitet tələbəsi dünya kubokunun qalibi oldu

Universitet tələbəsi dünya kubokunun qalibi oldu

16 Dekabr 2019, 15:10

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Juboksinq citsu üzrə növbəti Dünya Kuboku yarışı keçirilib.

 

Modern.az xəbər verir ki, yarışa dünyanın 9 ölkəsindən müxtəlif çəki dərəcələrindən olan idmançılar qatılıb. Ölkəmizi 55 kq çəki dərəcəsində təmsil edən Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma və robototexnika” fakültəsinin 3-cü kurs tələbəsi Əli Hacıyev bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. 

 

AzTU-nun rektoru Vilayət Vəliyev idmançı tələbəmiz və onun məşqçisi Hikmət Mahmudovla görüşüb, onları qələbə münasibətilə təbrik edib, gələcəkdə daha böyük uğurlar arzulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi