Modern.az

Hadi Rəcəbli seçkilərə gedir

Hadi Rəcəbli seçkilərə gedir

Aktual

27 Dekabr 2019, 14:14

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın İdarə Heyətinin iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda partiyanın 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində irəli sürəcəyi namizədlərin siyahısı müzakirə olunaraq qəbul edilib.

 

Lakin hələlik YAP öz namizədlərinin siyahısını mətbuata təqdim etməyib. Bildirilir ki, siyahı partiyanın rəsmi saytında dərc olunacaq.

 

Qeyd edək ki, Modern.az-ın əməkdaşı siyahıda hansı namizədlərin olması barədə araşdırma aparır. Araşdırmalarımıza görə, YAP-ın deputatlığa namizədlər siyahısında beşinci çağırış Milli Məclisin deputatı Hadi Rəcəblinin də adı var.

 

Qeyd edək ki, Hadi Rəcəbli bundan öncə 74 saylı Lənkəran kənd Seçki Dairəsindən Milli Məclisin deputatı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok