Modern.az

Misirdə həbs edilən türk jurnalisti azad olundu

Misirdə həbs edilən türk jurnalisti azad olundu

Dünya

17 Yanvar 2020, 10:46

Anadolu Agentliyinin (AA) Misirdə saxlanılan nümayəndəsi Türkiyəyə qayıdıb.

 

Modern.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, türk vətəndaşı Hilmi Balcı bu gün səhər saatlarında ölkəsinə qayıdıb. Təyyarə ilə İstanbula eniş edən H.Balcını agentliyin nümayəndələri qarşılayıb. Balcı son 3-4 gün ərzində xeyli yorulduğunu deyib:


“Prezidentimiz, xarici işlər nazirimiz və agentliyimizin rəhbəri Şenol bəy mənim tez bir zamanda qayıtmağım üçün əlindən gələni etdilər. 3-4 gün ərzində yorulmuşam, amma Şükürlər olsun ki, məsələ tez həll olundu və artıq vətəndəyəm”.

 

Qeyd edək ki, yanvarın 14-də “Anadolu” agentliyinin Misirdəki ofisinə polis basqını nəticəsində 4 jurnalist bilinməyən səbəblərdən saxlanılaraq naməlum istiqamətə aparılıb. ABŞ Xarici İşlər Nazirliyi, BMT, Beynəlxalq Jurnalistlər Federasiyası kimi qurumlar Misir polisini bu addımından dolayı qınayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!