Modern.az

Türkiyə vətəndaşları Çindən qayıtmaqdan imtina etdi

Türkiyə vətəndaşları Çindən qayıtmaqdan imtina etdi

Aktual

1 Fevral 2020, 10:07

Koronavirus epidemiyası səbəbi ilə türk vətəndaşlarının təxliyyəsini həyata keçirəcək Türk Silahlı Qüvvələrinə məxsus yük təyyarəsi Çinin Uhan şəhərindən yola düşüb.

 

Modern.az xəbər verir ki, Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca özünün  “Twitter” səhifəsində müayinə zamanı heç bir sərnişində xəstəlik əlamətinin aşkarlanmadığını bildirib.

 

“Təyyarəmiz Uhandan yola düşdü. Yolu açıq olsun. 6 nəfərin Türkiyəyə qayıtmaqdan imtinə etməsi ilə ümumilikdə 42 sərnişin təyyarəyə mindirildi” - deyə nazir qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok