Modern.az

Türkiyəli nazir İdlibdəki son vəziyyəti şərh etdi

Türkiyəli nazir İdlibdəki son vəziyyəti şərh etdi

Dünya

13 Fevral 2020, 17:46

Türkiyə milli müdafiə naziri Hulusi Akar Suriyanın İdlib vilayətinə əlavə qoşunların göndəriləcəyini açıqlayıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, NATO-nun da bu məsələdə Ankaraya dəstək olduğunu bildirib.

"Atəşkəsə əməl etməyənlərə, o cümlədən radikallara qarşı sərt şəkildə istifadə ediləcək və bütün tədbirlər görüləcək”.

 

Hülusi Akar Türkiyənin NATO səlahiyyətliləri və müttəfiq ölkə müdafiə nazirləri ilə danışıqlarını da təsdiqləyib.


“İdlibdə baş verənlərin NATO müdafiə nazirlərinin iclasında müzakirə olunub. 4 milyon suriyalının yaşadığı bu bölgədə Türkiyə təminatçı dövlətlərdən biri olduğunu unutmayaq”.

 

Atəşkəsi təmin etmək, miqrasiyanın qarşısını almaq və qan axışını dayandırmaq üçün çalışdıqlarını vurğulayan Akar bu günə qədər elan edilən dörd atəşkəsə baxmayaraq rejimin havadan və qurudan hücumların davam etdiyini və bu hücumların intensivliyinin getdikcə artdığını söyləyib.

Akar rejimin hücumlarının radikallaşdığını və köçü də artırdığını ifadə edərək, təxminən 1 milyon Suriyalılar evlərindən və yurdlarından qaçaraq ağır qış şərtlərində çarəsizcəsinə rejim bölgəsinə doğru deyil, özlərini etibarlı hiss etdikləri Türkiyəyə doğru yönəldiyini əlavə edib.

 

Səkinə ƏLƏKBƏROVA

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?