Modern.az

Azərbaycan Prezidenti litvalı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti litvalı həmkarını təbrik etdi

Aktual

15 Fevral 2020, 16:35

Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nausedaya ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu göndərib.

 

Modern.az-ın məlumatına görə, dövlətimizin başçısı təbrikdə Azərbaycan-Litva dostluq münasibətlərinin bugünkü səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Prezident İlham Əliyev bu münasibətlərin bütün sahələrdə qarşılıqlı faydalı şəkildə genişlənməsinin bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəyinə inandığını qeyd edib.

Prezident İlham Əliyev Prezident Gitanas Nausedaya möhkəm cansağlığı, işlərində uğurlar, Litva xalqına sülh və rifah arzulayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…