Modern.az

Ukraynadan Donbasla bağlı açıqlama

Ukraynadan Donbasla bağlı açıqlama

Aktual

20 Fevral 2020, 00:27

Donbasda vəziyyət sabitləşib.

Modern.az  xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə naziri Andrey Zaqorodnyuk deyib.

O bildirib ki, son hadisələr Ukrayna ordusunun mövqelərinin dəyişməsinə gətirib çıxarmayıb. Belə ki, nazir hərbçilərin müvəqqəti olaraq Donbasda qarşıdurmanın olduğu cəbhə xəttini tərk etdiklərini açıqlayıb.

Qeyd edək ki, ötən gün Donbasdakı separatçı rejim Ukrayna ordusunun Novotoşkovsk, Orexovo, Krımskoye, Xutor Volnıy yaşayış məntəqələrindəki mövqelərinə hücum edib.

Hücum nəticəsində Zoloto yaxınlığında Ukrayna ordusunun mövqelərini itirdiyi və itkilərin olduğu barədə məlumat yayılmışdı. İddiaya görə, hücumda rus muzdluları da iştirak etmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok