Modern.az

Apelleyasiya Məhkəməsi də Bəxtiyar Hacıyevin şikayətini təmin etmədi

Apelleyasiya Məhkəməsi də Bəxtiyar Hacıyevin şikayətini təmin etmədi

Aktual

21 Fevral 2020, 14:35

Bu gün Bakı Apellyasiya Məhkəməsində 29 saylı Səbail Seçki Dairəsindən namizəd Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.

 

Modern.az xəbər verir ki, Bəxtiyar Hacıyev özünün sosial şəbəkə hesabında şikayətinin təmin olunmadığını qeyd edib. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının 29 saylı seçki dairəsi ilə bağlı qərarını qüvvədə saxlayıb.   

Qeyd edək ki, MSK-nın fevralın 18-də keçirilən iclasında B. Hacıyevin şikayəti əsasında 29 saylı seçki dairəsinin 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrinin nəticələri etibarsız sayılıb.

 

Bəxtiyar Hacıyev isə əlində seçki məntəqələrindəki pozuntularla bağlı materialların olduğunu əsas gətirərək, seçki dairəsinin nəticələrinin ləğv edilməsini tələb edirdi.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir