Modern.az

Ucarda avtobus piyadanı vurub öldürdü

Ucarda avtobus piyadanı vurub öldürdü

Aktual

22 Fevral 2020, 00:53

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  "Report"a istinadən  xəbər  verir ki, hadisə ötən gün saat 22 radələrində Bakı-Qazax yolunun rayonun şərti olaraq "Dördyol" adlanan ərazisində qeydə alınıb.

"İkarus" markalı sərnişin avtobusu yolu keçən piyada, rayonun Qarabörk kənd sakini, 1973-cü il təvəllüdlü Ehtiram Heybət oğlu Novruzəliyevi vurub. E.Novruzəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok