Modern.az

Sahib Alıyevin lider olduğu dairədə qanun pozuntusu olmayıb?

Sahib Alıyevin lider olduğu dairədə qanun pozuntusu olmayıb?

24 Fevral 2020, 17:50

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 95 saylı Tərtər seçki dairəsindən daxil olan şikayətə baxılıb.

 

Modern.az xəbər verir ki, müraciəti təqdim edən MSK üzvü şikayətçinin qeydə alınmış namizəd Ayaz Abdullayev və digərləri olduğunu diqqətə çatdırıb. O, müraciətin araşdırıldığını, namizədin şikayətinin əsassız olduğunun müəyyənləşdiyini bildirib.

 

MSK-nın ekspert qrupunun rəyi ilə namizədin şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, bu dairədən lider namizəd Sahib Alıyevdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir