Modern.az

““BakıKart” terminallarından “pulxırdalama” aparatı kimi istifadə oluna bilər” 

““BakıKart” terminallarından “pulxırdalama” aparatı kimi istifadə oluna bilər” 

27 Fevral 2020, 10:57

“Artıq 5 ildir ki, ictimai nəqliyyatda vahid kartdan nağdsız ödəniş sistemi tətbiq edilib. Və ötən müddətdə “BakıKart” terminallarının pulun qalığının qaytarmaması ilə bağlı hər hansı bir kiçik narahatlıq da qeydə alınmayıb”.

 

Bunu Modern.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbaut katibi Mais Ağayev bildirib.

 

Onun sözlərinə görə, qalıq vəsaitin qaytarılmaması ilə bağlı terminalların üzərində də xəbərdarlıq yazılıb:

 

“Həmçinin qeyd edim ki, nağdsız terminalları quraşdırılan zaman 17 ölkənin təcrübəsindən istifadə olunub. Avropa və bizə yaxın ölkələrin təcrübəsində də bu proses nəzərdən keçirilib. Həmin ölkələrin nəqliyyat institutları ilə görüş zamanı məlum olub ki, bu fakt ciddi problem yaratmır. Eyni zamanda bildirim ki, əgər terminallarda qalıq pulun qaytarılması mümkün olarsa, bu halda “BakıKart” terminallarından “pulxırdalama” aparatı kimi istifadə oluna bilər. Bu isə öz növbəsində müəyyən çətinliklər yaradar. Təbii zaman keçdikcə pul qalığının qaytarılması kimi imkanlar da mümkün olacaq. Amma hazırda qarşımızda duran əsas məsələ “BakıKart”a inteqrasiyanı tamamlamaq və onlayn ödənişə keçidi təmin etməkdir. Çünki onlayn ödəniş sistemi işə salındıqdan sonra artıq bir çox məsələlər tam həllini tapmış olacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək