Modern.az

Səudiyyə Ərəbistanında koronavirusdan ilk ölüm faktı qeydə alınıb

Səudiyyə Ərəbistanında koronavirusdan ilk ölüm faktı qeydə alınıb

Aktual

24 Mart 2020, 19:03

Səudiyyə Ərəbistanında COVID-19 virusundan ilk ölüm faktı qeydə alınıb. Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ər-Riyadda keçirilən mətbuat konfransında bildirilib.

Qeyd olunub ki, bu ölkədə koronavirusa yoluxma halları da artaraq 767 nəfərə çatıb.

İki Müqəddəs Məscidin Xadiminin İdarəsinin rəhbəri Şeyx Əbdülrəhman bin Əbdüləziz Əl Səudun göstərişi ilə Məkkə şəhərindəki Böyük Məscidin qapıları da bağlanılıb. Bundan əvvəl Səudiyyə Ərəbistanı Ümrə ziyarətini də qadağan etmişdi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu