Modern.az

İşdən çıxarılan məmur baş naziri sərt tənqid etdi

İşdən çıxarılan məmur baş naziri sərt tənqid etdi

Aktual

8 Aprel 2020, 18:46

Ermənistan baş naziri Nikol Paşinyanın işdən çıxardığı aviasiya məsələləri üzrə köməkçisi Akop Çaxaryan açıqlamalar verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, şəxsən aprelin 6-da istefa ərizəsini yazdığını söyləyib, işdən çıxarılmadığını iddia edib.

“İşdən çıxarılmağımın səbəbi hakimiyyətin aviasiyaya dağıdıcı və anti-dövlət yanaşması sərgiləməsidir”-deyə Çaxaryan deyib.

 

 

O, hökumətə mülki aviasiyanın vəziyyəti ilə bağlı geniş hesabat təqdim etsə də, lazımlı reaksiya ala bilmədiyini əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok