Modern.az

Parlamentin iki yeni şöbəsinə müdir TƏYİN OLUNDU

Parlamentin iki yeni şöbəsinə müdir TƏYİN OLUNDU

Parlament

1 May 2020, 23:52

Milli Məclis Aparatının birləşdirilən şöbələrinin müdirləri məlum olub.

 

Modern.az-ın məlumatına görə, birləşdirilən İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələrinin əsasında yaradılan yeni şöbənin müdiri Məhəmməd Bazıqov təyin edilib.

 

M. Bazıqov bundan əvvəl İqtisadi qanunvericilik şöbəsinin müdiri olub.

 

Birləşdirilən Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi ilə İnzibati və hərbi qanunvericilik şöbələrinin əsasında yaradılan yeni şöbənin müdiri Hacı Mirhəşim təyin olunub.

 

Beynəlxalq münasibətlər şöbəsinin müdiri də dəyişib.  Rəşid İbrahimovu bu vəzifədə Protokol  sektorunun  müdiri İlkin Məmmədov əvəzləyib.(APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan dağıdıcı hücum: Rusiyada dəhşət yaşanır