Modern.az

Azərbaycanlı uşaq İranı bir-birinə qatdı - VIDEO

Azərbaycanlı uşaq İranı bir-birinə qatdı - VIDEO

Mədəni̇yyət

3 May 2012, 19:24

İran teleradio yayım şirkətinin rəisi Azərbaycan şeirinə görə parlamentə çağırıldı    

İranın 3-cü telekanalının “90” proqramında azərbaycanlı uşağın dilindən yayımlanan şeir, hakimiyyət dairələrini xeyli narahat edib.

Modern.az
saytı xəbər verir ki, İran mətbuatının yaydığı məlumata görə, “90” proqramında azyaşlı azərbaycanlı uşağın Azərbaycan türkcəsində “Ana dili” şeirindən bir bənd söyləməsi İran teleradio yayım şirkətinin rəisinin parlamentə çağırılmasına səbəb olub. “90 qəzeti” sədr Ferdusipur Zərğaminin parlamentə çağırılmasını manşetə çıxarıb.

Qeyd edək ki, uşaq bu şeiri 2 gün öncə Təbrizin “Traktor” futbol komandası ilə farsların “Perspolis” komandasının qarşılaşmasını izləməyə gedərkən səsləndirib. Şeir belədir:

Azərbaycan - mənim elim!
Azərbaycan - mənim dilim!
Doğransam da dilim-dilim,
Ana dilim ölən deyil!
Başqa dilə dönən deyil!

“90” proqramında yayımlanan vide-süjetdən bir parçanı təqdim edirik:





Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizin inşasına başladılar