Modern.az

Tağı Əhmədovdan milliyətçi açıqlama - FOTO

Tağı Əhmədovdan milliyətçi açıqlama - FOTO

Aktual

4 May 2012, 12:29

“Ən əsası, damarında təmiz türk qanı axmalıdır”

“Hansı vəzifədə çalışmasından asılı olmayaraq millətin millət olması üçün əsl ideya, əsl zirvə məhz millətə qulluqdur. Millətə qulluq üçünsə onun birinci növbədə dilini, adət-ənənəsini biməli, millətə mənsub olmalısan. Ən əsası isə damarında məhz təmiz türk qanı axmalıdır”.
Modern.az saytı xəbər verir ki, Bu sözləri Bakı Metropoliteninin rəisi Tağı Əhmədov Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) 3 May Türkçülük Günü ilə bağlı təşkil etdiyi tədbirdə söyləyib.

ATXƏM-in, eləcə də onun sədri İlham İsmayılovun türkçülük istiqamətində fəaliyyətini yüksək qiymətləndirən Metropoliten şefi deyib ki, digər insanlar da İ.İsmayılovun türkçülük istiqamətində aparıdğı fəaliyyətin yarısı qədər fəallıq nümayiş etdirsələr, daha böyük hədəflərə nail olmaq olar:
“İctimai təşkilat kimi ATXƏM-ə cəm etdiyin insanların hamısı, eləcə də mən də daxil olmaqla sənin əsgərinik. Ona görə ki, İlham İsmayılov həqiqi, təmiz mənada əsl türkdür”.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir