Modern.az

Dünyanın ən yaşlı kişi sakini öldü

Dünyanın ən yaşlı kişi sakini öldü

Dünya

29 May 2020, 00:51

Böyük Britaniyada dünyanın ən yaşlı kişi sakini dünyasını dəyişib.

 

Modern.az  xəbər verir ki, Britaniyanın Qempşir qraflığının Alton şəhərində “qocalar evi”ndə yaşayan Bob Ueytonun 112 yaşı var idi. Onun ölümünə səbəb onkoloji xəstəlik olub.



Uzunömürlü 1908-ci ilin martın 29-da Kinqston-apon-Hall şəhərində anadan olub. Keçmişdə mühəndis və müəllim işləyib. Onun iki oğlu, bir qızı, on nəvəsi və iyirmi beş nəticəsi var.

Ueytonun ölümündən sonra dünyanın ən yaşlı kişi sakini tituluna namizədlər arasında Rumıniyadan olan 110 yaşlı (08.11.1908) Dumitru Komanesku və 111 yaşlı (08.02.1909) ispan Saturnino de la Fuente var. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!