Modern.az

Şirvanda ağır qəza - Ölən var  

Şirvanda ağır qəza - Ölən var  

30 May 2020, 18:30

Şirvan şəhərində “VAZ” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.



Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü İsmayılov Fərid Azər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir