Modern.az

“Bayer Leverkuzen” - “Bavariya” oyununda altı qol vuruldu

“Bayer Leverkuzen” - “Bavariya” oyununda altı qol vuruldu

6 İyun 2020, 20:04

İyunun 6-da Almaniya Bundesliqasının 30-cu turunun oyunlarına start verilib.

Modern.az xəbər verir ki, çempionatın lideri “Bavariya” səfərdə Leverkuzenin "Bayer” komandasının qonağı olub.

Görüş Münxen təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. “Bavariya”nın heyətində Kinqsli Koman, Leon Qoretska, Serj Qnabri və Robert Levandovski, meydan sahiblərində isə Lukas Alario və Florian Virtz fərqləniblər.

Turun digər oyunlarında “Ayntraxt” öz meydanında “Maynz”a 2:0 hesabı ilə məğlub olub, “Fortuna” - “Hoffenhaym” (2:2), “Leyptsiq” - “Padenborq” (1:1) görüşlərində isə qalib müəyyənləşməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı