Modern.az

Elmar Məmmədyarov “Şərq Tərəfdaşlığı” ölkələrinin videokonfransına qatıldı

Elmar Məmmədyarov “Şərq Tərəfdaşlığı” ölkələrinin videokonfransına qatıldı

Aktual

1 İyul 2020, 18:54

Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheylinin “Şərq Tərəfdaşlığı” ölkələri Xarici İşlər nazirləri ilə videokonfrans formatında görüşü keçirilir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəsmi "Twitter" hesabında məlumat yayıb. Görüşdə Xarici İşlər naziri Elmar Məmmədyarov da iştirak edir.

Virtual konfransın keçirilməsində məqsəd 2021-ci ilin martında Brüsseldə baş tutacaq “Şərq Tərəfdaşlığı” ölkələri liderlərinin üzbəüz görüşü üçün hədəflərin müəyyənləşdirilməsidir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir