Modern.az

Bakıda karantin zamanı hərbçini təhqir edən şəxs həbs edildi

Bakıda karantin zamanı hərbçini təhqir edən şəxs həbs edildi

Aktual

7 İyul 2020, 19:20

Bakıda karantin zamanı hərbçini təhqir edən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Modern.az-ın məlumatına görə, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ rayon məhkəməsinin qərarı ilə inzibatı qaydada 30 sutka həbs edilib.

Faktı Bakı şəhər Baş Polis İdarəsi təsdiqləyib.

 

Qayd edək ki, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirib və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayıb. Həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən müəyyən olunaraq saxlanılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok