Modern.az

“Cənnət bağı” karantin qaydalarını pozdu

“Cənnət bağı” karantin qaydalarını pozdu

Aktual

9 İyul 2020, 09:37

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı Cəlilabad şəhəri ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən “Cənnət bağı” adlı kafe aşkarlanıb. Obyektə baxış zamanı orada olan kafenin icarədarı A.Əliyev və 11 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.

 

Həmin şəxslərə sərtləşdirilmiş karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir