Modern.az

Kolumbiyada naməlum silahlıların hücumu - 2 hərçi öldü, 6-sı yaralandı

Kolumbiyada naməlum silahlıların hücumu - 2 hərçi öldü, 6-sı yaralandı

Dünya

19 İyul 2020, 00:44

Kolumbiyanın şərqində naməlum silahlı şəxslərin hücumu nəticəsində silahlı qüvvələrin 2 hərçisi öldürülüb, 6-sı yaralanıb. 

 

Moder.az TASS-a istinadən xəbər verir ki, bu barədə “La FM” radiosu məlumat yayıb.

 

Hadisə şənbə günü səhər Norte de-Santanderin Tibu və Kukuta bölgələrini birləşdirən magistral yolda baş verib. 

 

Əvvəlcə naməlum silahlılar partlayıcı qurğuları işə salıb, sonra odlu silahdan atəş açaraq 2 hərbi nəqliyyat vasitəsinə hücum ediblər. Bir hərbçi yerindəcə ölüb, digəri xəstəxanada dünyasını dəyişib. Yarlı hərbçilər yaxınlıqdakı xəstəxanaya aparılıb.

 

Hadisə ilə bağlı istintaq başladılıb. Hücumun radikal solçu "Milli Azadlıq Ordusu" üsyançı qrupu tərəfindən həyata keçirildiyi ehtimal edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi