Modern.az

Ermənilərlə azərbaycanlılar arasında kütləvi davaya görə 15 nəfər HƏBS OLUNDU

Ermənilərlə azərbaycanlılar arasında kütləvi davaya görə 15 nəfər HƏBS OLUNDU

Hadisə

28 İyul 2020, 12:42

Rusiyanın paytaxtı Moskvada azərbaycanlılarla ermənilər arasında milli zəmində baş verən kütləvi dava ilə bağlı həbslər davam edir.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskvanın Kuzmin, Nikulin və Troitsk rayon məhkəmələri “xuliqanlıq” maddəsi ilə 15 şəxs barəsində həbs qərarı verib.

Həbs göndərilənlər arasında həm azərbaycanlıların, həm də ermənilərin olduğu bildirilir.

 

Polis məlumatına görə, iyulun 24-də Moskvanın Marinyo rayonunda mağazaların, kafelərin, avtoyuma yerlərinin şüşələrinin sınıədırılması, personala hücum olunması ilə bağlı insidentlər qeydə alınıb. Faktla bağlı 30-dan çox dava iştirakçısı polis bölmələrinə gətirilib.


 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi