Modern.az

Ərdoğanla Makron arasında telefon danışığı olacaq 

Ərdoğanla Makron arasında telefon danışığı olacaq 

Aktual

22 Sentyabr 2020, 18:24

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

 

Bildirilib ki, bu gün axşam yerli vaxtla saat 20:00-da baş tutacaq telefon danışığında Türkiyə və Fransa prezidentləri ikitərəfli əlaqələr, regional məsələlər barədə müzakirələr aparacaqlar.

 

Eyni zamanda, Türkiyə və Fransa liderləri son zamanlar iki ölkə arasında baş verən gərginliyi aradan qaldırmaq üçün də danışıqlar aparacaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir