Çin Xalq Respublikası cəbhədə yaranmış situasiya ilə bağlı açıqlama verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, xarici işlər naziri Van Venbin Azərbaycanı və Ermənistanı təmkin sərgiləməyə çağırıb.
“Ümid edirik ki, tərəflər təmkin nümayiş etdirəcək, vəziyyətin daha gərginləşməsinə imkan verməyəcək və bütün fikir ayrılıqlarını siyasi dialoq yolu ilə həll edəcəklər” - deyə açıqlamada deyilir.