Modern.az

Novruz Aslanov seçiciləri ilə əlaqə saxladı  

Novruz Aslanov seçiciləri ilə əlaqə saxladı  

Aktual

30 Oktyabr 2020, 09:56

 

Oktyabrın 29-da millət vəkili Novruz Aslanov İsmayıllı rayon seçiciləri ilə növbəti onlayn qəbulunu keçirib. Telefon vasitəsilə millət vəkili ilə əlaqə saxlayanlar öncə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsünün Erməni təxribatı nəticəsində Bərdə şəhərində həlak olmasından kədərləndiklərini bildirmiş və baş sağlığı veribər.

 

Modern.az xəbər verir ki, müraciətlər əsasən sosial  və şəxsi məişət problemləri ilə bağlı olub. Hər bir müraciət fərdi qaydada qeydiyyata alınıb və həlli üçün lazımi addımların atılacağı sakinlərin diqqətinə çatdırılıb. Ehtiyacı olanlara müvafiq humanitar yardımlar edilib.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi