Modern.az

Ucuz protez dişlər sağlamlıq üçün zərərlidir

Ucuz protez dişlər sağlamlıq üçün zərərlidir

19 İyul 2012, 15:53

Modern.az xəbər verir ki, ucuz və keyfiyyətsiz vəsaitlə əldə edilən protez dişlər, xəstələrdə çox ciddi narahatlıqlara səbəb ola bilir. Mütəxəssislər deyir ki, keyfiyyətsiz protezlər sağlamlıq baxımından böyük təhlükə yaradır və onlar toksik vəsaitlər, tüpürcək və s. yolu ilə bədənə yayılır. Protez istifadə edilən materialların keyfiyyətinin əhəmiyyətli olmasına diqqət yetirmək lazımdır.

Mütəxəssislərin fikrincə, istifadə edilən vəsaitlərin Çin malı, istifadə edilmiş ya da köhnə olması, yəni orijinal olmaması sağlamlıq baxımından təhlükə yaradır. Məsələn, nikel sağlamlıq baxımından xəstələrə mənfi təsir göstərir, diş ətində qanamalara səbəb olur, bədəndə allergiyalara  gətirib çıxarır. Yaz aylarında içilən soyuq və buzlu içkilərin sağlam dişlərə heç bir təsiri yoxdur, ancaq çürük, çatlaq kimi  dişlərə sahib olan insanların sağlamlıqlarına öz mənfi təsirini göstərir.

Pərvin Arzuqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək