Modern.az

Ermənistan prezidentinin eks-müşaviri: “Biz tarixən məğlub olmağa öyrəşmişik”

Ermənistan prezidentinin eks-müşaviri: “Biz tarixən məğlub olmağa öyrəşmişik”

1 Dekabr 2020, 10:32

Ermənistan prezidentinin keçmiş baş müşaviri (1994-1997), Miçiqan universitetinin professoru, tarixçi Jirayr Liparityan BBC telekanalına müsahibə verib.

Modern.az xəbər verir ki, Liparityan Ermənistanda hakim olan milli idelogiyanın erməni xalqına yalnız məğlubiyyət gətirdiyini etiraf edib.

 

“Biz məğlubiyyətə və bununla barışmağa öyrəşmişik. İndi nə deyilməsindən asılı olmayaraq, biz tarixən məğlub olmağa öyrəşmişik və qələbələrə həsrətik. Hətta Birinci Qarabağ Müharibəsindəki qələbəmizi də məğlubiyyətə çevirə bildik. Biz arzularımız, mümkünsüz olan istəklərin ardınca getdik və əldə saxlaya biləcəyimiz şeyləri də itirdik”-deyə o söyləyib.

 

81 yaşlı Liparityan Ermənistanda ciddi ideloji dəyişikliyə ehtiyac olduğunu əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizin inşasına başladılar