Rusiya prezidenti ənənəsinə sadiq qalaraq bu dəfə də görüşə gecikib.
Modern.az xəbər verir ki, pandemiya səbəbilə ilk dəfə videokonfrans formatında baş tutan mətbuat konfransı onun gecikməsinə görə 5 dəqiqə gec başlayıb.
2020-ci ilin müsbət və mənfi tərəfləri barədə verilən ilk suala Putin qısa cavab verib. O, pandemiyanı 2020-ci ilin ən böyük problemi sayır.
“Yola saldığımız il müsbət və mənfi cəhətləri ilə yadda qaldı. Pandemiya əsas problem olsa da, Rusiya bir çox ölkələrə baxanda onun öhdəsindən daha yaxşı gəldi”.