Modern.az

Zəngilanda erməni hərbçilərin cəsədləri tapıldı

Zəngilanda erməni hərbçilərin cəsədləri tapıldı

Qarabağ

10 Yanvar 2021, 22:04

Qarabağ bölgəsində aparılan axtarışlar nəticəsində daha 14 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

 

Modern.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, cəsədlər Zəngilan rayonu ərazisində aşkar edilib.

Axtarış işlərinin davam etdiriləcəyi bildirilib.



Qeyd edək ki, ümumilikdə isə 2020-ci ilin noyabr ayının 13-dən bəri döyüş bölgəsindən 1211 erməni cəsədi götürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü