Modern.az

Çində 7 aydan sonra COVID-19-dan ilk ölüm qeydə alınıb

Çində 7 aydan sonra COVID-19-dan ilk ölüm qeydə alınıb

Aktual

14 Yanvar 2021, 09:20

Ötən sutka Çinin materik hissəsində COVID-19 infeksiyasına 138 təsdiqlənmiş yoluxma halı, 78 asimptomik hal və virus səbəbindən bir ölüm qeydə alınıb.

Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına iəsasən, Çində COVID-19 virusundan sonuncu dəfə ölüm halı 2020-ci il mayın 20-də qeydə alınmışdı.

Budəfəki ölüm halı hazırda virusun sürətlə yayıldığı Hebey vilayətində baş verib. Elə gündəlik yoluxma hallarının sayı da ilk dəfə ən böyük həddə çatıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu