Modern.az

Navalnı hava limanında saxlanıldı - FOTO

Navalnı hava limanında saxlanıldı - FOTO

17 Yanvar 2021, 22:20

Bu gün Almaniyadan Moskvaya təyyarə ilə gələn Rusiya müxalifətinin lideri Aleksey Navalnı hava limanında saxlanılıb.

 

Modern.az "RİA Novosti”yə istinadən xəbər verir ki, Aleksey Navalnı Şeremetyevo hava limanında Rusiya Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat şöbəsinin axtarış şöbəsinin əməkdaşları tərəfindən axtarışda olduğuna görə saxlanılıb.

 

Qeyd edək ki, A.Navalnı ötən il avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib. O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki “Şarite” klinikasına köçürülüb. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.

 

Müalicə alaraq sağalan Aleksey Navalnı bu gün Almaniyadan təyyarə ilə Moskvaya gəlib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi