Modern.az

Navalnı 12,5 il həbs cəzası alacaq - Kremlin PLANI

Navalnı 12,5 il həbs cəzası alacaq - Kremlin PLANI

22 Yanvar 2021, 12:01

Rusiya müxalifətinin əsas siması, araşdırmaçı bloger Alaksey Navalnını uzunmüddətli həbs cəzası gözləyir.

Modern.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Kreml ilk olaraq siyasətçiyə “İv Roşe” işi üzrə 3,5 illik həbs cəzası verməyi düşünür. Bu iş üzrə siyasətçi artıq 1 ilini həbsdə keçirmişdi.

 

Bunun ardınca, siyasətçinin həbs müddəti başqa bir cinayət işi – “fırıldaqçılıq” əsasında daha 10 il uzadılacaq. Bu barədə “Bloomberg”ə Rusiya prezidentinin administrasiyasından 2 fərqli mənbə məlumat verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi