Modern.az

Salyanda yol qəzası - xəsarət alan var

Salyanda yol qəzası - xəsarət alan var

24 Yanvar 2021, 22:42

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Xəlil Rza Ulutürk prospektində qeydə alınıb.

 

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Beştalı kənd sakini, 1987-ci il təvəllüdlü Ağayev Ceyhun Alıkişi oğlu müxtəlif xəsarətlər alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır (report).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...