Modern.az

Yoluxma artsa 5-9-cu siniflərdə tədris bərpa olunmayacaq - Nazirlik

Yoluxma artsa 5-9-cu siniflərdə tədris bərpa olunmayacaq - Nazirlik

Təhsil

27 Yanvar 2021, 13:20

Təhsil Nazirliyi məktəblərin 15 günlük açılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

 

Modern.az-ın məlumatına görə, nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib ki, dərslərin başlamasının COVID-19-a yoluxmanın artmasına səbəb olub-olmadığı 14 gündən sonra aydınlaşacaq.

 

“Fevralın 1-də tədrisin bərpası ilə bağlı şəhərdaxili hərəkətlilik artacaq. Əgər 14 gün ərzində yoluxma sayı kritik həddə çatsa, 5-9-cu siniflər üçün tədrisin bərpası ləngiyəcək. Amma say kritik həddə çatmasa, məktəblərdə dərslərin bərpası prosesini davam edəcəyik”- nazirlik rəsmisi bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı