Modern.az

Xarici mətbuat Mehriban Əliyevadan yazdı

Xarici mətbuat Mehriban Əliyevadan yazdı

Aktual

24 Avqust 2012, 17:14

Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Pakistanda böyük oxucu kütləsinə malik olan  ingilis dilli “Daily Times” qəzetində Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva haqqında “Mehriban Əliyeva-humanizm simvolu” adlı məqalə dərc edilib.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Modern.az-a bildirilib ki, məqalədə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımların edildiyi, şikəst uşaqların cəmiyyətə inteqrasiya olunması üçün yay düşərgələrinin təşkil olunduğu, qanvermə və insulin paylaşdırılması proqramlarının həyata keçirildiyi qeyd olunub.

Azərbaycanı tolerantlıq nümunəsi adlandıran məqalə müəllifi, Heydər Əliyev Fondu tərəfindən dinlər arasında dialoq yaradılması istiqamətində atılan addımlardan söz açıb. Heydər Əliyev Fondunun Azərbaycanda bir sıra dini məbədlərin, ziyarətgahların, məscidlərin, kilsələrin bərpası və inşasının  təşəbbüskarı və icraçısı olduğu bildirilib. Dünya irsinin qorunub saxlanması yolunda Mehriban xanım Əliyeva tərəfindən görülən işlər barədə ətraflı məlumat verilib, Strasburq kafedral kilsəsi, Luvr muzeyinin, Versal sarayının təmirinin bu sahədə edilən işlərdən biri olduğu vurğulanıb.

Mehriban xanım  Əliyevanın Avropanın ən mötəbər mahnı müsabiqəsi olan “Eurovision -2012” hazırlıq işlərinə rəhbərlik etdiyi bildirilib və Azərbaycan paytaxtında qısa bir zamanda Xəzər dənizi sahilində 23 min nəfərlik möhtəşəm “Kristal Zal” konsert arenasının inşa edildiyi bildirilib.

Məqalədə daha sonra Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda görülən işlər haqqında ətraflı məlumat verilib. 2007-ci ildə zəlzələdən zərər çəkən Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən 500 nəfərlik qızlar məktəbi tikilib və orada əsaslı yenidənqurma və təmir işləri aparılıb. Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın Xayber Paxtunxva əyalətində Hepatit B virusuna qarşı peyvəndləşdirmə edildiyi bildirilib, Laki Marvat şəhərində yerləşən serebral iflic institunda pulsuz müalicə kurslarının təşkil olunduğu vurğulanıb.

Məqalənin tam mətni ilə aşağıdakı linkə daxil olmaqla baxa bilər.

//dailytimes.com.pk/default.asp?page=2012824story_24-8-2012_pg7_17   

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır