Modern.az

YAP Kəlbəcər rayon təşkilatına Zərifə Əliyevanın xatirəsi anılıb - FOTO

YAP Kəlbəcər rayon təşkilatına Zərifə Əliyevanın xatirəsi anılıb - FOTO

29 Aprel 2024, 11:00

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon rayon təşkilatı və “Kəlbəcər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən görkəmli oftalmoloq-alim və ictimai xadim akademik Zərifə Əliyevanın anadan olmasının  101-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, mərasimdə ulu öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki,  Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında tarixi sözlər demişlər.

 

“Kəlbəcər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Ənvər İmaməliyev və digər çıxış edənlər  Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolu haqqında geniş məlumat verdilər. Qeyd olunub ki, oftalmoloq alim  Zərifə Əliyevanın ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətləri olub. O, səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Zərifə xanım Əliyeva tanınmış ictimai xadim olmaqla yanaşı, gözəl həyat yoldaşı, qayğıkeş ana olub. Vurğulanıb ki, Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir.

 

Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olundu.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək