Modern.az

Suriyada qaçqın düşərgəsi alovlandı - ölənlər var

Suriyada qaçqın düşərgəsi alovlandı - ölənlər var

Dünya

28 Fevral 2021, 07:58

Suriyanın Al-Hol qaçqın düşərgəsində yanğın nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb, 18 nəfər yaralanıb.

 

Modern.az SANA agentliyinə istinadən xəbər verir ki, yanğın qaz sobasının partlaması nəticəsində baş verib. 

 

Alov qaçqın düşərgəsindəki bir neçə çadırı bürüyüb. Orta və ağır dərəcəli yanıq xəsarətləri alan düşərgə sakinləri Əl-Həsəkə vilayətindəki xəstəxanaya yerləşdiriliblər.

 

Qeyd edək ki, BMT-nin hesablamalarına görə, Al-Hol və Roq düşərgələrində 64 mindən çox insan məskunlaşıb. Onların 80% -i qadın və uşaqlardı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir