Modern.az

YAP Gənclər Birliyinin yeni sədri ilk açıqlamanı MODERN.AZ-a verdi

YAP Gənclər Birliyinin yeni sədri ilk açıqlamanı MODERN.AZ-a verdi

Aktual

17 Mart 2021, 13:29

“Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri postuna layiq görüldüyümə görə cənab Prezidentimizə və partiyamıza təşəkkürümü bildirirəm”.

Bu sözləri Modern.az-a YAP Gənclər Birliyinin yeni sədri Bəxtiyar İslamov söyləyib.

O bildirib ki, Gənclər Birliyində fəaliyyətə yeni başladığından qurum daxilində prosesləri ələ almağa çalışır:

“Ona görə, hazırda proseslər və layihələr müzakirə və hazırlanma mərhələsindədir. Bir müddət sonra fəaliyyətimizlə əlaqədar sualları ətraflı cavablandıra bilərəm.

Ümumilikdə, müzakirələrimizdə və açıqlamalarımızda da qeyd olunduğu kimi, daha yaxşı xidmətə çalışacağıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok