Modern.az

İlham Əliyev: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməyə hazırdır”

İlham Əliyev: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməyə hazırdır”

Təhsil

5 Fevral 2010, 10:23

Almaniyada səfərdə olan Azərbyacan prezidenti İlham Əliyev və Almaniyanın federal kansleri Angela Merkel mətbuat üçün bəyanatla çıxış ediblər. Angela Merkel Azərbaycan prezidentini Almaniyada yenidən salamlamaqdan məmnun olduğunu bildirib.  Kansler ölkələrimiz arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək, bu sahədə əməkdaşlığı genişləndirmək üçün mövcud olan böyük potensialdan istifadə etməyin zəruriliyini vurğulayıb.

Almaniyanın Azərbaycana müxtəlif sahələrdə dəstək verməyə hazır olduğunu diqqətə çatdıran Angela Merkel bildirib  ki, neft-qaz ölkəsi olan Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır.

Səfərə dəvətə görə təşəkkürünü bildirən Azərbaycan prezidenti İlham Əliyev Almaniyaya üç il əvvəlki səfərindən ötən müddətdə ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirib.  Dövlət başçısı siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu, iqtisadi sahədə əməkdaşlığın genişləndiyini deyib.

Azərbaycanda 100-ə yaxın Almaniya şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdıran prezident İlham Əliyev hazırda müasirləşmə dövrünü yaşayan ölkəmizdə alman texnologiyalarına tələbat olduğunu bildirib.  Azərbaycan isə Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməyə hazırdır.

Dövlət başçısı bildirib ki, Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramına qoşulub və bu, ölkəmizdə müxtəlif sahələrdə islahatlar aparmağa imkan verəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!