Modern.az

Qubada 38 yaşlı kişi çöldə ölü tapıldı

Qubada 38 yaşlı kişi çöldə ölü tapıldı

Aktual

24 Aprel 2021, 14:50

Quba rayonunda ruhi xəstə olduğu bildirilən kişi çöldə ölü tapılıb.

 

Modern.az-ın məlumatına görə, hadisə Püstəqasım kəndində qeydə alınıb.

 

Belə ki, həmin kəndin sakini, 1983-cü il təvəllüdlü Zakir Cabir oğlu Hacəliyev ötən gün çöllük əraziyə mal-qaranı evə gətirmək üçün evdən çıxıb, gecəni geri qayıtmayıb.

 

Narahat olan ailə üzvləri onu axtararkən çöldə ölmüş vəziyyətdə tapıblar.

 

Qeyd edək ki, Z.Hacəliyev ailəlidir, ruhi xəstəlikdən əziyyət çəkirdi.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir