Modern.az

Azərbaycan Türkiyə ilə bir qrupa düşdü

Azərbaycan Türkiyə ilə bir qrupa düşdü

Təhsil

7 Fevral 2010, 17:22

Fevralın 7-də Polşanın paytaxtı Varşavada 2012-ci ildə keçiriləcək futbol üzrə Avropa  Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Modern.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan milli komandası Avro-2012-nin final mərhələsi uğrunda Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan milliləri ilə mübarizə aparacaq.

Püşkatmanın tam nəticələri belədir:

A qrupu: Almaniya, Türkiyə, Avstriya, Belçika, Qazaxıstan, Azərbaycan

B qrupu: Rusiya, Slovakiya, İrlandiya, Makedoniya, Ermənistan, Andorra

C qrupu: İtaliya, Serbiya, Şimali İrlandiya, Sloveniya, Estoniya, Farer Adaları

D qrupu: Fransa, Rumıniya, Bosniya, Belarus, Albaniya, Lüksemburq

E qrupu: Hollandiya, İsveç, Finlandiya, Macarıstan, Moldova, San-Marino

F qrupu: Xorvatiya, Yunanıstan, İsrail, Latviya, Gürcüstan, Malta

G qrupu: İngiltərə, İsveçrə, Bolqarıstan, Uels, Çernoqoriya

H qrupu: Portuqaliya, Danimarka, Norveç, Kipr, İslandiya 

I qrupu: İspaniya, Çexiya, Şotlandiya, Litva, Lixtenşteyn

Oyunlar 2010-cu ilin sentyabrından 2011-ci ilin noyabrınadək (şənbə və çərşənbə axşamları) keçiriləcək.

Hər qrupun qalibi və ən yaxşı ikinci nəticə göstərən bir milli komanda birbaşa final mərhələsinə keçəcək. Daha dörd vəsiqə uğrunda isə ikinci yeri tutmuş qalan səkkiz komanda mübarizə aparacaq.

Futbol üzrə Avropa çempionatının final mərhələsi iki ölkədə - Ukrayna və Polşada keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü